Qobustan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində baş verib.
Məlumata əsasən, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb. 32 yaşlı sürücü Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə