İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb - FOTO

İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Farmvet" MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik "Trim/Sul 80/400 Oral Suspenziya" baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə