Bakıda məşhur restoranların birində zəhərlənmə hadisəsi qeydə alınıb. SİA xəbər veriri ki, bu barədə restoranın müştərisi Haldun Novruzzadə məlumat verib.
O iddia edib ki, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra zəhərləniblər:
"Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, evdə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Hər ikimiz də zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.
H.Novruzov Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində onlara tibbi yardım olduğunu söyləyib:
“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”
H.Novruzzadə vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hadisə ilə bağlı maraqlanıblar:
“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.
AQTA-dan isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:
“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə