11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonun Fil-filli kəndində seçicilərlə görüş keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın dinamik inkişafına nail olunduğunu və möhtəşəm uğurlara imza atıldığını söyləyib. S.Məhərrəmov çıxışının sonunda seçkilərdə Vətənini və dövlətini sevən hər bir vətəndaşın Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə təbiliğat-təşviqat qrupunun üzvlərindən Emin Əzimli, Səyyaf Abbasov, Nizami Əhmədov və Elnur İsrafilov çıxış edərək, 11 aprel taixində səsvermə hüququ olan hər bir rayon sakininin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıb. Natiqlər əmin olduqlarını bildiriblər ki, oğuzlu seçicilər bu seçkilərdə yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklər.
Seçicilər adından çıxış edən Nəsirov Akif, Eyyubov Ovçu, Rəhimov Məhəmməd, Mikayılov Mürvət bildiriblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi dəst-xəttini bəyəniblər və bu gün də bu, belədir. Odur ki, aprel ayının 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB