Ucarlılar gələcək inkişafa "İlhamla irəli" deyir

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı təbliğat-təşviqat qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini davam etdirir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri dünən seçicilərlə növbəti görüşü rayonun Ənvər Məmmədxanlı kəndlərinin seçiciləri ilə keçirmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm bu günə kimi görülmüş işlərə yüksək qiymət vermiş, həm də Azərbaycanın gələcəyi, milli inkişaf istiqamətləri ilə bağlı cənab Prezidentin planlarına birmənalı dəstəyini ifadə etmiş olacaqdır.

Görüşdə təbliğat qrupunun üzvləri Alı Babayev, Rahib Rəsulov və Yaqut Zeynalova çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs etdilər. Çıxış edənlər bu uğurların davamlılığı üçün Ucarlıları Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Aygün Kərimova və Faxrət Əsədov çıxış edərək qeyd etdilər ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşlarının təhlükəsiz və rahat həyatının təmin edilməsinin əsasını təşkil edir: "Hamımız seçkilərdə iştirak edək və ən layiqli namizəd Cənab İlham Əliyevə səs verək!"

Bütün xəbərlər Facebook səhifəmizdə