Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda növbəti görüşlər Ləki qəsəbəsi, Yuxarı Ləki, Yenicə, Güvəkənd və Binələr kəndlərindən olan seçicilərlə keçirilib.
Görüşləri Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Cavid Osmanov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən danışıb. C.Osmanov əldə olunan uğurların davamı üçün Ağdaş seçicilərinin ölkə başçısının ətrafında birləşərək, 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini bildirib.
Seçicilərlə keçirilən görüşlərdə Sədaqət Aşurova, İnqilab Musayev, Məmmədsöyün Rüstəmov, Misir Misirov və Gülcənnət İsmayılova hər zaman olduğu kimi, bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş Cənab İlham Əliyevain namizədliyini dəstəklədiklərini vurğulayıblar.
Görüşdə təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva və İsa Eminov çıxışlarında seçiciləri 11 apreldə mütəşəkkil halda birləşərək Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB