Sabaha inamla və İlhamla irəliləyirik

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Seçki Qərərgahının Samux rayon şöbəsinin təbliğat-təşviqat qrupu təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Mart ayının 29-da YAP Seçki Qərargahı Samux rayon Şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Çobanabdallı və Qarabağlılar kəndində seçicilərlə görüş keçiriblər.

Təbliğat qrupunun üzvlərindən İlham Həsənov, Aygün Həsənzadə, Namiq Cəfərov, Zakir Quliyev və Nizami Məmmədov seçicilər qarşısında çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində gördüyü işlərdən, seçki proqramından ətraflı danışıblar.

Tədbirdə iştirak edən seçicilər yekdilliklə 11 apreldə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə