Azərbaycan xalqı YAP-ın liderinə inanır

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Günəhir, Bəliton və Türkəncil kəndlərində yaşayan seçicilərlə görüşüblər.

Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev qeyd edib ki, iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya la­yi­hə­lərinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasın­da fərq­lərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflərin real­laş­ması və son 15 ildə görülən digər işlər Azərbaycanın dün­ya­ya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan mo­deli təbii ki, uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sü­rətlə genişlənməsi, Azərbay­can­da sənayeləşmə prosesinin davam etməsi, iqti­sa­di zonaların yaradılması ölkənin inki­şafını daha da sürət­lən­dirir. Azərbaycan xalqının cənab İlham Əliyev kimi kifayət qədər populyar, işgüzar, praqmatik, to­lerant bir lideri var. Bu liderə qarşı çıxmaq istəyən və siyasi qüvvələrin nəsibi bir­mə­nalı şəkildə məğlubiyyət olacaq. YAP kimi möhtəşəm bir partiyanın li­de­rinə rəqib olmaq, onunla prezidentlik uğrunda mübarizə aparmağa cəhd gös­tər­mək sadəcə sadəlövhlükdən başqa bir şey deyil. Bu partiyanin liderini, cənab İlham Əliyevi bütün Azər­baycan xalqı sevir, ona inanır və güvənir”.

Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən Sərhad Məmmədov, Kamran Kazımov, kənd sakinlərindən Hacıhəsən Seyfullayev və Tofiq Fərəcov çıxış edərək seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə