Goranboylular İlham Əliyevi dəstəkləyəcək, ona səs verəcəklər

YAP Mərkəzi Seçki qərərgahı Goranboy şəhər şöbəsinin üzvləri partiyanın təbliğat –təşviqat kampaniyası çərçivəsində Yəhərçi – Qazaxlar, Sarov və Hazırəhmədli kəndlərində seçicilərlə görüşlər keçirdi. Görüşdə YAP rayon təşkilatının sədr müavini, aparatın rəhbəri Əzra Həşimova açaraq qeyd etdi ki, 2003-2018-ci illərdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi naliyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütövlükdə dəyişib. İnsanların həyatı yaxşılaşıb. Sənaye, Kənd təsərrüfatı sürətlə inkişaf edir .Yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmişdir.İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə enmişdir.

Respublikamızda 3100 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. Respublikamızda turizm və sahibkarlıq yüksək sürətlə inkişaf edir. Qaçqın və məcburi köçkünlər üçün müasir tipli yaşayış binaları tikilib qaçqınların istifadəsinə verilir. Respublikamızda böyük lahiyələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamız regionun lider dövlətinə çevrildiyini qeyd edərək bildirdi ki, qarşıda daha böyük vəzifələr dayanır. Taleyüklü problemlərin həllinə nail olmaq üçün biz İlham Əliyevə dəstəkləyərək ona səs verəcəyik.

Tədbirdə çıxış edən kənd ziyalısı Səməndər Musayev, Natiq Rzayev, Əlövsət Xasıyev təbliğat qrupunun üzvləri ,rayon Qadınlar şurasının sədri Səidə Məmmədova, Ülkər Hünbətova, Fizuli Almuradov, Şahin Allahverdiyev çıxış edərək 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə gələrək seçicilərə İlham Əliyevə səs verməyə səslədilər

Bütün xəbərlər Facebook səhifəmizdə