Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatında prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində Yeni Yaşma kəndi seçicilərilə növbəti görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etməsini, Azərbaycanın hazırda regionun lider dövlət olmasını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini, ölkəmizin həm regionda, həm də dünyada mövqeyinin ciddi şəkildə möhkəmləndirməsini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, ölkə Prezidentinin bütün sahələr üzrə - iqtisadiyyat, kənd təsərrüfatı, ictimai-siyasi sabitlik, ordu quruculuğunun inkişafı sahələrində mühüm və təxirəsalınmaz islahatlar həyata keçirdiyini bildirərək bildirib ki, bu islahatların məntiqi nəticəsi olaraq, dövlətçiliyimiz daha da inkişaf edir, yüksək inkişaf və tərəqqi yolu uğurla davam etdirilir. F.Haqverdiyev əlavə edib ki, Xızı rayonundan olan seçicilər, birmənalı şəkildə, aprelin 11-də keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə çıxışında "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: "Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb. Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqına həsr edib".
"Səs" qəzetinin Baş redaktoru B.Quliyev Xızı seçicilərini Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən - Əsgərov Şahin, Həsənov Nəriman və Musayeva Qızbəs də, öz növbələrində, aprelin 11-də seçki məntəqələrinə gedərək, bütün xızılıların daha işıqlı gələcəyə və daha firavan həyata - İlham Heydər oğlu Əliyevə, səs verəcəklərini vurğulayıblar.
Görüşün sonunda bir qrup fəal partiya üzvlərinə YAP Xızı rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB