Daşkəsənlilərin seçimi dəyişməyib İlham Əliyev

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin növbəti mitinqi Qaraqullar kəndində baş tutmuşdur. Mitinqdə Qaraqullar kəndi ilə yanaşı qonşu Zinzahal, Almalı, Kollu, Çanaqçı, Suqovuşan, Zivlan, Alaxançallı, Qaratağlar kəndindən olan seçicilər də iştirak edirdilər.

Qaraqullar kəndi hələ belə təmtəraq, belə izdihamlı mitinq görməmişdi. Bu, səbəbsiz deyildi. Çünki hamı - qoca da, cavan da buraya ürəyinin hökmü, qəlbinin istəyi ilə gəlmişdi. İnsanların qəlbindəki istəklər arzular bir ünvanda sevilir, bir ünvanda əzizlənirdi – bu ünvanın adı İlham Əliyev idi. Adam elə gəlirdi ki, bahar da insanların bu istəyinə, bu sevgisinə şahid kimi ürəklərdə bir sevgi, bir coşqu, sevinc yaratmışdı.

Görüşdə mitinq iştirakçılarını YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev salamyaraq bildirdi ki, artıq Daşkəsən rayonunun bir neçə yaşayış məntəqələrində bu cür mitinqlər, görüşlər təşkil olunur, hamı öz sözünü, istəyini demokratik şəraitdə ürəyinin hökmü ilə ifadə edir. Bu gün sizin əllərinizdə dalğalanan bayraqları, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin portretlərini gördükcə insanın ürəyi dağa dönür. Bir daha ürəyində təsdiq edirsən, əmin olursan ki, Azərbaycanda xalq-iqtidar birliyi daha güclüdür, fəxr ediləndir. Heç də xaricdə bizi istəməyn qüvvələrin dedikləri kimi deyildir. İlham Əliyevin xalq qarşısındakı xidmətlərini indi hər bir azərbaycanlı yaxşı görür və hiss edir. Bu istək, qarşılıqlı hörmət vətənini, xalqını sevən hər bir azərbaycanlının ürəyində əbədiyyətə qədər yaşayacaqdır.

Sonra mitinqdə gənc seçici Aygün Bayramovanın alovlu nitqi tədbir iştirakçılarını daha da fəallaşdırdı. Onun çıxışı altında emosional gənclər “İlhamla irəli”, “İlham Əliyevə eşq olsun”, “Yaşasın Yeni Azərbaycan Partiyası”, “Heydər Əliyev siyasəti yaşayır, qalib gəlir və həmişə qalib gələcəkdir” şüarlarını səsləndirərək mitinqdə diqqət çəkən, xoş anlar yaşanan bir əhval-ruhiyyə yaratdılar.

Digər çıxış edənlər – el ağsaqqalları Daşdəmir Məmmədov, Fidail Həsənov, Kifayət Aslanova, Elnur Ələsgərov, Malik Əliyev və digərləri çıxış edərək vətən, xalq qarşısındakı böyük xidmətlərinə, Heydər Əliyev siyasətini dövrün, zamanın tələblərinə uyğun yaradıcılıqla, yüksək səviyyədə davam etdirdiyinə, xalqa Heydər Əliyev zirvəsindən xidmət etdiyinə görə İlham Əliyevə səs verəcəklərini bildirdilər və mitinq iştirakçılarını da 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində YAP-ın ən layiqli namizədi İlham Əliyevə səs verməyə çağırdılar

Bütün xəbərlər Facebook səhifəmizdə