Cəlilabadlıların seçimi yalnız İlham Əliyevdir

Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı bu ilin aprel ayının 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq ölkə prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərini davam etdirib. SİA-nın verdiyi məlumata görə, bu gün cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində rayonun Sərhədabad və Kürdlər ərazilərində seçicilərlə görüşlər keçirilib.

Sərhədabad və Kürdlər ərazilərində keçirilən görüşlərdə YAP rayon təşkilatının Şura üzvü Lətif Ağayev və partiya fəalı Fəxərddin Abbasov iştirak ediblər. Sərhədabad və Kürdlər ərazilərində keçirilən hər iki görüşü Rayon təşkilatının şura üzvü Lətif Ağayev açıb, keçirilən tədbirin məram və məqsədlərini tədbir iştirakçılarına izah edib, cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə siyasi sabitliyin və əmin-amanlığın bərqərar olması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, bütün sahələrdə islahatların aparılması, Azərbaycanın beynəlxalq nüfuzunun xeyli artması və bütün dünyada tanınması, ölkə əhalisinin əmək haqlarının, təqaüdlərinin və müavinatlarının demək olar ki hər il artırılması, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və s. məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, tədbir iştirakçılarını və ərazinin bütün seçicilərini seçkilər günü cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Sərhədabad kənd ərazisində keçirilən tədbirdə ərzi ilk partiya təşkilatının sədri İlham Əmirov, təhsil işçiləri Sirudin Qədirov, Aybəniz Əmirova, Divanxan Xankişiyev, torpaq mülkiyyətçisi Vidadi Məmmədov, tibb işçisi Rafiq İsmayılov və başqaları, habelə Kürdlər ərazisində keçirilən tədbirdə Kürdlər ərazi ilk partiya təşkilatının sədri Rafiq Hüseynov, təhsil işçiləri Aydın Səfərov, Yusif Əkbərov, İxtiyar Əliyev, torpaq mülkiyətçiləri Valeh Məmmədov, Rahib Cavadov və başqaları seçkilər günü həm özlərinin, həm də ərazinin seçicilərinin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə