Tərtərdə möhtəşəm tədbir keçirilib

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonununda davam etdirilib. SİA-nın verdiyi məlumata görə, növbəti mitinq-görüşlər 30 mart 2018-ci il tarixdə rayonun Hacıqərvənd kəndində 780 nəfər, Dəmirçilər və Ağkənd kəndlərində 570 nəfər seçicilərin iştirakı ilə keçirilib.

Təbliğat-təşviqat kompaniyası çərçivəsində Hacıqərvənd kəndində keçirilən tədbiri YAP rayon təşkilatı YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Dəmirçilər və Ağkənd kəndlərində keçirilən tədbiri isə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov giriş sözü ilə açıblar.

Mitinq-görüşlərdə çıxış edənlər vurğulayıblar ki, ölkəmizin əldə etdiyi nailiyyətlər Azərbaycanda sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionaların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin reallaşdırılması nəticəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil olub, qeyd olunan dövrdə ümumdaxili məhsul 3,2 dəfə, valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 6 dəfə çoxalıb, regionlarda ümumi məhsul buraxılışın həcmi 3,6 dəfəyə bərabər olub.

Bildirilib ki, Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daixl edilib. Ən başlıcası isə Azərbaycanda ictimai-siyasi sabitliyin mənbəyi olan xalq-iqtidar birliyinə nail olunub ki, bu kimi keyfiyyətlər də Azərbaycan xalqının öz Prezidentinə İlham Heydər oğlu Əliyevə olan inam və etimadını qat-qat artırıb.

Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirlərdə Hacıqərvənd kəndində rayon seçki qərargahı yanında fəaliyyət göstərən təbliğat-təşviqat qrupunun üzvləri Rasim Əliyev, Fitat Əliyeva, kənd sakinlərindən, Rəhman İbrahimmov, Məhəbbət Həsənova, Aygün Hacıyeva, Dəmirçilər və Ağkənd kəndlərində təbliğat-təşviqat qrupunun üzvləri Fazil Rəhimov, Əjdər Həsənov, kənd sakinləri, Ramidə Bəylərova, Zəqəm Ağayev və gənc seçici Elxan Məmmədzadə çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildiriblər.

Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə