Biz xoşbəxt gələcəyimizə səs verəcəyik!

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri Yevlax rayonunun Hacıselli və Gülövşə kəndlərində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə YAP Yevlax rayon Təşkilatının sədr müavi, Aparat rəhbəri Əli Quliyev açıb.

O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğulayıb: "Mən inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir".

Sonra çıxış edən YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova bildirib ki, xalqın Cənab İlham Əliyevə dəstəyi böyükdür: "Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq".

Sonra YAP Yevlax rayon təşkilatının şura üzvü Telman Əsədov geniş nitqində vurğulayıb ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır: "Hər bir Azərbaycanlı kimi Yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir".

Çıxış edən kənd sakinləri seçicilər Sevil Fərzəliyeva və Əli Bebudov kənd sakinləri adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.

Bütün xəbərlər Facebook səhifəmizdə