Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Həşimxanlı kənd Mədəniyyət evində Həşimxanlı və Ətcələr kənd seçiciləri ilə növbəti görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva son 15 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli, düşünülmüş və gələcəyə hədəflənmiş siyasəti nəticəsində, müstəqil Azərbaycanın bütün sosial-iqtisadi sahələrdə əldə etdiyi misilsiz uğurlar, ölkəmizdə yüksələn dinamika ilə davam edən tərəqqi, reallaşdırılan çoxşaxəli, sistemli iqtisadi və siyasi islahatlara nəzər salıb.
Qeyd edib ki, ötən dövr ərzində Cənab İlham Əliyev həyata keçidiyi genişmiqyaslı misilsiz işlərlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib: "Bu siyasət bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır. Biz, daha qüdrətli Azərbaycan və etibarlı gələcəyimiz naminə, birmənalı olaraq, Liderimiz ətrafında sıx birləşməli və partiyamızın vahid namizədini 11 aprel günü yekdilliklə dəstəkləməliyik".
Görüşdə təbliğat qrupunun üzvləri Salamulla Abdullayev, Afiq Ağayev, Səkinə Əliyeva, Telman Qurbanov çıxış edərək, 15 il ərzində Prezident İlham Əliyev tərəfindən ölkəmizin dinamik inkişaf etdiyini, bütün sahələrdə əldə edilən uğurları diqqətə çəkdilər. Çıxış edənlər Sabirabad seçicilərini bu uğurların davamına səs verməyə çağırdılar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB