Seçicilər güclü LİDERƏ səs verəcəklər

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Vəlvələ, Talabıqışlaq inzibati ərazi dairələrində seçicilərlə görüş keçirilmişdir. Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, 2003-cü ildən bu günə qədər Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir: "Biz ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırırıq".

Görüşdə rayon şöbəsinin təbliğat qrupunun üzvləri Həsən Günəşli, Allahverdi Xudaverdiyev, Habil Bayramlı çıxış edərək seçiciləri ölkəmizin gələcək inkişafının qarantı, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdil şəkildə dəstək olmağa və səsvermə günü həmrəylik nümayiş etdirməyə çağırıblar.

Seçicilər də artıq seçimlərini etdiklərin qeyd edərək Yeni Azərbaycan Partiyasının namizədi, ölkə başçısı Cənab İlham Əliyevə səs verməklə sabitliyə, əmin-amanlığa, davamlı inkişafa səs vermiş olacaqlarının bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə