Qaradağ rayonundakı qadın seçicilərin şüarı “İlhamla İrəli”dir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi qadın seçicilərlə növbəti görüş keçirib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar şurasnın sədri Hicran Xəlilova Azərbaycanda son 15 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında qısa məlumat verib. O, yeni nəslin daha sağlam böyüməsi, vətəndaşların maddi-rifah halının yüksəldilməsi, sosial müvavinətlərin artırılması istiqamətində dövlətimizin gördüyü işlərdən və dövlətimizin gender siyasətindən danışıb.

H.Xəlilova bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə, son 15 ildə ölkəmizi tərəqqiyə və xalqımızı firavanlığa aparan Liderə səs verməyə çağırıb.

YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı çıxışında iqtisadi islahatlardan və bu sahədəki nailiyyətlərdən danışıb. O, bu yaxınlarda açılışı gerçəkləşdirilən və ölkəmizə milyardlarla dollar həcmində vəsaitin daxil olmasını təmin edəcək iri layihələrdən bəhs edib və əldə olunan uğurların bundan sonra ardıcıl və davamlı olması üçün bütün seçiciləri aprelin 11-də keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin üzvləri Hacı İbrahimov və Təranə Qasımova, eyni zamanda, gənc seçicilərdən Aytac Tağıyeva və Emilya Axundova çıxış edərək son 15 ildə minlərlə tam orta ümumtəhsil və ali təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsindən və təhsilini keyfiyyətinin yüksəldilməsi istiqamətində reallaşdırılan islahtalardan bəhs ediblər. Bildirilib ki, ölkəmizin və xalqımızın davamlı inkişafı və tərəqqisi naminə seçiciləri əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də Cənab İlham Əliyevə etimad göstərəcək və səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə