Qobustanda təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Poladlı, Yekəxana və Təsi kənd seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 15 il ərzində ölkə rəhbəri kimi respublikamızın dinamik inkişafı naminə gördüyü işlər və Azərbaycanın beynəlxalq aləmdə gündən-günə möhkəmlənən nüfuzu haqqında ətraflı məlumat verdi.

Qeyd etdi ki,bu gün cənab Prezidentimizin göstərişi ilə kəndlərimizdə yeni məktəb binaları tikilib istifadəyə verilib: "Bir çox məktəblərimizdə cari təmir işləri aparılaraq bizim istifadəmizə verilib. Fərəhləndirici haldır ki, Sizində kəndlərdə yeni yaraşıqlı abad, məktəb binaları tikilərək istifadəyə verilib. Biz bu gün düzgün seçim etməklə qarşıdakı illərdə də bunların bəhrəsini görəcəyik. İnanıram ki, seçicilərimiz düzgün siyasətə, güclü Liderə səs verəcəklər. Bu gün Azərbaycanda xalq iqtidar birliyi möhkəmdir, sarsılmazdır. Bu birliyi şərtləndirən əsas amillər iqtisadi tərəqqi, güclü sosial siyasətdir. Xalq hər bir zaman özünə diqqət və qayğını görür, gələcəyə böyük inam bəsləyir. Bu inkişafı daha da sürətləndirmək üçün seçkilərdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməliyik".

Füzuli Gülaliyev hər kəsi 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvü Cahangirov Atabəy ölkəmizdə gedən sürətli inkişaf, həmçinin cənab İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışdı. Natiq öz çıxışında cənab İlham Əliyevin kənd zəhmətkeşlərinə göstərdiyi diqqət və qayğıdan, Ümummilli Liderimiz Heydər Əliyevin kənd əməkçilərinə ərmağan etdiyi torpaqların əkilib becərilməsi üçün subsudiyalar verməyini bu qayğının bariz nümunəsi kimi qeyd etdi. Dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən kənd seçicilərini 11 apreldə məntəqələrə gəlməyə, "İlhamla irəli" devizi altında birləşərək İlhamlı sabahımıza səs verməyə çağırdı.

Görüşdə rayon əmək və müharibə veteranları şurasının sədri, təbliğat-təşviqat qrupunun üzvü Ağayev Abdulhəsən çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin xoşbəxt gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Nurbala Zeynalov, İsmayılov Qurban, Hüseynov Həbil, Ağayev Ağamurad və başqaları ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının layiqli namizədinə, bütün xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə