YAP Salyan rayon təşkilatı 11 aprel prezident seçkisiylə bağlı təşviqat kampaniyasını davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, YAP Salyan rayon təşkilatının təbliğat qrupu 30 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində “İlhamla İrəli” şüarı ilə Salyan rayonunun Qızılağac kəndində seçicilərlə görüş keçirib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim Yaqut Ələsgərova, YAP Salyan rayon təşkilatı idarə heyətinin üzvləri Əbülfəz Bədəlov, Yavər Cəbraylov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, YAP Salyan rayon təşkilatı qadınlar şurasının sədri Fatma Səmədzadə və YAP Salyan rayon təşkilatının sədir müavini Razıgül Dadaşova, təbliğat qrupunun üzvü Sahib Həsənov iştirak edərək çıxış ediblər.
Natiqlər Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmizin çiçəklənməsindən və Salyan rayonunda bu sosial yönümlü siyasət nəticəsində inkişaf etməsindən ətraflı danışaraq hər kəsi seçki günü məntəqələrə gəlib İlham Əliyevə səs verməyə çağırıblar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə