Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı rayonu Topçu və Qalınçaq kəndlərində seçicilərlə görüşlər keçirib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək qeyd edib ki, Azərbaycan 2003-cü ildən öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyev ideyaları, siyasi xətti yaşayır və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son 15 ildə sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitununun direktoru Misir Mərdənov çıxış edərək bildiriblər ki, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin ortalığında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrilib. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək, elə bir səviyyəyə çatıb ki, o, artıq dünyanın superdövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Belə uğur Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi kursunun davamçısı Cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq, apardığı düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Seçicilərdən Topçu kənd sakinləri Fəzail Şirəliyev, Xavər Allahverdiyeva, Həsən Məmmədov, Rəşid Məmmədov, Sabir İsayev, Qalınçaq kənd sakinləri Xətai Əzizov, Xalid Seyidov, Qədim Mirzəliyev və Əsmər Abdullayeva çıxış edərək, vurğulayıblar ki, bu gün Azərbaycan bölgədə sabitlik və təhlükəsizlik məkanı olmaqla nəinki ölkə daxilində, eyni zamanda, regionda aparıcı rola malikdir. Azərbaycanın inkişafı və müxtəlif istiqamətlər üzrə aparılan dövlət siyasəti çoxşaxəli, davamlı və milli maraqlara söykənir. Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan Cənab İlham Əliyev bütün İsmayıllı sakinlərinin alternativsiz namizədidir. 11 apreldə bütün seçicilər bu siyasətə səs verəcəklər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB