YAP Biləsuvarda təbliğat kampaniyasını uğurla davam etdirir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş 30 mart 2018-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı və Səmədabad kəndlərinin seçiciləri ilə keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdi.Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi.Natiq qeyd etdi ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Belə ki, sürətli və dayanıqlı iqtisadi inkişaf, regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft məhsullarının istehsalı və ixracının artması, Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması çox yüksək səviyyədə həyata keçirilmişdir. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir.

Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun çoxsaylı Xırmandalı və Səmədabad kəndlərinin seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq bütün Xırmandalı və Səmədabad kəndlərinin seçicilərini 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə iştirak edən seçicilərdən Sarıgül Mizəyeva, Əhmədağa Teymurov, Kamal Teymurov, ilk dəfə səs verən seçicilərdən Çinarə Hacıyeva, Bəhəm Nuralıyev çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə