Kürdəmirlilər İlham Əliyevə yenidən etimad göstərəcəklər

Kürdəmirdə Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Qaraqocalı, Şahsevən, Yenikənd kəndlərində olmuşdur. Görüşlərdə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri iştirak etmişlər.

Görüşlərdə Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir. Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə, müdrik xalqımız mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər.

Təbliğat qrupunun üzvlərindən Sabir Novruzov, Yaqut Əşrəfova, Samir Nuriyev, Möhübbət İbrahimov çıxış edərək bildirdilər ki, cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Çıxış edənlər Prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər Geridə qoyduğumuz 15 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək. Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik . Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Seçicilərdən Həsənağa Qasımov, Mehriban Qədirova, Neman Nuriyev, Bəxtiyar Abdulxalıqov çıxış edərək vurğulayırlar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaşayış səviyyəsinin yaxşılaşmasını həm öz həyatımızda, həm də bütünlüklə ölkədə, rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Respublikamız, o cümlədən rayonumuz hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, hər bir Azərbaycanlının taleyini düşünən Cənab İlham Əliyevə səs verəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə