Bu gün 11 aprel 2018-ci il tarixdə respublikamızda keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Salyan rayon təşkilatının “İlhamla İrəli” təbliğat təşviqat qrupu Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin Şorsulu kəndində seçicilərlə görüşü keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə milli məclisin deputatı Əliağa Hüseynov, YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, əməkdar müəllim Yaqut Ələsgərova, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, YAP Salyan rayon təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, təbliğat Qrupunun üzvü Rüstəm Məlikov və YAP Salyan rayon təşkilatı təbliğat Qrupunun üzvü Sahib Həsənov iştirak edərək və çıxışlar ediblər.
Çıxışçılar seçicilərə prezident İlham Əliyevin fəaliyyətindən ətraflı məlumat veriblər və hər kəsi seçki günü fəal olmağa səsləyiblər. Kənd sakinləri öz növbələrində artıq seçimlərini etdiklərini və İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB