Bu gün Sabirabadda YAP-ın “İlhamla İrəli” təşviqat qurupunun izdihamlı zirvə, konsert mitinqi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, zirvə görüşündə millət vəkilləri Rüstəm Xəlilov, Əhliman Əmiraslanov, Elçin Quliyev, Mirzəcan Xəlilov, Metorologiya İnistitutunun baş drektoru Saleh Səmədov, YAP idarə heyətinin üzvü Yusif Hümbətov iştirak ediblər.
YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva zirvə görüşündə çıxış edərək bildirib ki, Sabirabad rayonun əhalisi İlham Əliyevi namizədliyini yekdilliklə müdafiə edirlər. Bunu deməyə əsas verən seçicilərlə hər gün rayonumuzun bütün ərazilərində keçirdiyimiz təşviqat görüşlərində səslənən fikirlərdir. Millət vəkilləri və qonaqlar öz növbələrində çıxış edərək İlham Əliyevin fəaliyyətindən geniş bəhs ediblər və seçiciləri seçki günü fəal olmağa inkişafa, tərəqqiyə, sabitliyə səs verməyə səsləyiblər.
Zirvə görüşü respublikanın tanınmış müğənnilərinin ifalarında rəngarəng müsiqilərlə başa çatıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB