Yeni Azrəbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun 18 yaşı yeni tamam olmuş 300-ə yaxın gənci ilə "İLHAMLA İRƏLİ!" şüarı altında görüş keçirdi.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin sədri Məlahət İbrahimqızı bu il ilk dəfə səs verəcək gəncləri təbrik etdi və qeyd etdi ki, ilk dəfə səs vermək və ümumxalq səsverməsində öz siyasi iradəsini nümayiş etdirmək hər bir gəncin həyatında tarixi hadisədir. M.İbrahimqızı gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.
Görüşdə çıxış edən ilk dəfə səs verən 18 yaşlı gənclər Cənab İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən bugünədək ölkə gənclərinin ən etibarli Dostu və Lideri olduğunu və gənclərin də Ona olan inam, etimad və rəğbətindən danışaraq, gələcəkdə də bu siyasətə sadiq olacaqlarını bildirdilər. Ümumxalq namizədi Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin Azərbaycan gəncləri tərəfindən yekdilliklə dəstəkləndiyi bildirdilər. Görüşün sonunda iştirakçılar yekdilliklə respublikanın bütün gənclərinə "İLHAMLA İRƏLİ!" səslənərək, 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə çağırış etdilər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB