Beyləqan
Bu gün Beyləqan rayonunda Milli Məclisin deputatı Şahin İsamyılov, YAP Beyləqan Rayon Təşkilatının sədri Rafail Pəsiyev və seçki qərargahının üzvləri Müşfiq Səfərov və Sabit Mehdiyev Beyləqan rayonunun İkinci Şahsevən, Yuxarı Çəmənli və Qaradağlı kəndlərinin seçiciləri ilə təbliğat-təşviqat kampaniyası ilə əlaqədar tədbirlər keçiriblər. Keçirilən tədbirlərdə əhali yüksək əhval-ruhiyyə ilə iştirak ediblər.

Beyləqanlılar bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Biz hamılıqla 11 aprel 2018-cil tarixdə keçirələcək Prezident seçkilərində Cənab İlham Əliyevə səs verəcəyik.

Qəbələ
Prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Yemişanlı kəndində seçicilərlə görüş keçirilib. Tədbirdə Uludaş kəndinin seçiciləridə iştirak edib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ümüdvar Həsənov ölkəmizin hərtərəfli inkişafında Cənab İlham Əliyevin böyük rolu olduğunu bildirdi, xalqın firəvan yaşamasında Onun diqqət və qayğısının olduğunu xüsusi vurğulayıb və seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Arifə Bayramova çıxışedərək Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə danışıb. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən kənd məktəbinin müəllimlərindən Hakim Əliyev, Habil Şərifov və Xanım Mustafayeva artıq seçimlərini etdiklərini və Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Ağstafa
29 mart 2018-ci il tarixdə 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki öncəsi təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Ağstafa rayonunun Zəlimxan və Aşağı Kəsəmən kəndində seçicilərlə görüş keçirildi.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov giriş sözü ilə açaraq İlham Əliyevin rəhbərlikdə olduğu 15 il ərzində gördüyü işlərdən danışdı.
Sonra qərargahın digər üzvü Qalib Cəfərov və Feruz Həsənov çıxış edərək ölkədə quruculuq-abadlıq işlərindən, enerji layihələrindən, regionların sürətli inkişafından söz açdılar.

Sakinlərdən ağsaqqal Rəhim Mustafayev , YAP Zəlimxan kənd ərazi ilk partiya təşkilatının sədri Şirin Həsənov, Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova, ağsaqqal Akif Batıyev, Şirin Namazov və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə hamı bir nəfər kimi səs verəcəklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB