YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasını genişləndirir

YAP Mərkəzi Seçki qərərgahı Goranboy şəhər şöbəsinin üzvləri partiyanın təbliğat–təşviqat kampaniyası çərçivəsində Dəliməmmədli, Faxralı və Alpoud kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşdə YAP rayon təşkilatının sədri Elçin İsmayılov çıxışında qeyd edib ki, bizim ölkəmiz 27 ildir ki, öz müstəqil inkişaf dövrünü yaşayır .Respublikamız çox sürətlə inkişaf edir.

2003-cü il Prezident seçkiləri ərəfəsində Heydər Əliyev xalqa müraciətində deyirdi “İnanıram, mənim axıra çatıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Uzaqgörənliklə deyilən bu fikir özünü on beş ildə təsdiqlədi. Bu gün Prezident İlham Əliyevin yüksək səviyyəli peşəkar fəaliyyəti Ulu Öndərin yanılmadığını həmişə olduğu kimi bu fikridə də böyük müdriklik göstərdiyini təsdiqləyir. O atdığı hər bir addıma, istər daxili, istərsə də xarici siyasətdə qazandığı uğurlar Heydər Əliyev məktəbinin ənənələrinin əvəzsiz davamçısı olduğunu sübut edir. O hakimiyyətə gəldikdən sonra iqtisadi inkişaf, siyasi sabitlik hər bir sahədə baş verən uğurlar hər bir Azərbaycan vətəndaşının gözləri önündə olduğunu qeyd etdi.

Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov çıxışında Prezident İlham Əliyevin 2003-2018-ci il prezidentliyi dövrü respublikamızın inkisafı və tərəqqisi üçün geniş miqyaslı layihələrin uğurla həyata keçirilməsindən danışdı.

Tədbirdə Dəliməmmədli şəhər sakini Nazim Məmmədov, Rüstəm Əhmədov, Rəfiqə Musayeva, Faxralı kənd sakini İradə Qocayeva, Dilbər Quliyeva, Rafiq Sadıqov, təbliğat qrupunun üzvləri Ülkər Hünbətova, Şahin Allahverdiyev cıxış edərək 11 aprel 2018-ci il Prezident seçkilərində seçki məntəqələrinə gələrək bu inkişafın davamı üçün İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Həmçinin 29.03.2018-ci il tarixdə rayonun Nizami və Qaradağlı kəndlərində də təbliğat kampaniyası uğurla həyata keçirildi. Tədbiri YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova açaraq bildirdi ki, Azərbaycan son on beş ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların əhatəsi ölkəmizin sosial-siyasi tərəqqisi, insanlarımızın maddi rifah halının yaxşılaşması, respublikamızın inkişaf göstəricilərinə görə dünyada lider dövlətə çevirməsi reallıqdan daha genişdir.Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasını təmin edən əsaslar bu 15 ildə daha da möhkəmlənmişdir. Azərbaycanda milli, dini, mədəni, tolerantlıq mühiti daha da yaxşılaşdığını qeyd etdi.

Tədbirdə iştirak edən Elman Allahverdiyev, İnqilab Kazımov, Sədaqət Mirzəyeva, Qərargah üzvləri Fizuli Almuradov, Müşviq Sadıqov yoldaşlar da çıxış edərək 11 aprel 2018-ci ildə Prezident seçkilərinə gələrək İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə