Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xilmilli, Şıxzahırli və Təklə-Mirzəbaba kənd seçiciləri ilə görüş keçirilib.
Növbəti görüş isə rayonun Xilmilli, Şıxzahırlı və Təklə - Mirzəbaba kənd sakinləri ilə keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib və prezidentliyə namizəd Cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edərək, qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərdə Cənab İlham Əliyevin imzasi var. Biz bu uğurlar davam etməsi üçün Cənab İlham Əliyevə səs verəcəyik.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvü Tahir Səbzaliyev, təbliğat -təşviqat qrupunun üzvü Bəyim İsmayılova, Əlisa Hacıyev və Vüsal Şıxaliyev ölkəmizdə gedən sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışaraq, seçicilərin yalnız Cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını ifadə etdilər.
Görüşdə kənd sakinlərində Mübarək Cəbrayılov, Zülfiyyə Bəşirova, Emin Seyidov və digərləri çıxış edərək son illərdə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından söhbət açaraq ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB