Zərdab, Qax və Şabran seçicilərinin seçimi - İlham Əliyev

Zərdab

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsi rayonun Yarməmmədbağı, Lələağacı kəndlərindən olan seçicilərlə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək ölkəmizdə keçiriləcək prezident seçkilərinə artıq sayılı günlər qaldığını və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 15 il ərzində ölkə rəhbəri kimi respublikamızın dinamik inkişafı naminə gördüyü işlər və Azərbaycanın beynəlxalq aləmdə gündən-günə möhkəmlənən nüfuzu haqqında ətraflı məlumat verib.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Ziyad Xancanov, Fiqura Abbasova, Mübariz Umarov, Məkkə Həmidova ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən kənd seçicilərini 11 apreldə məntəqələrə gəlməyə, "İlhamla irəli" devizi altında birləşərək İlhamlı sabahımıza səs verməyə çağırıblar.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Zülfiyyə Əhmədova, Xatirə Qaçayeva ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının layiqli namizədinə , ən çox sevilən rəhbərə,

ən yüksək səviyyədə dəstəklənən Prezidentə, bütün xalqın sevimlisi, Azərbaycanın qeyrətli oğlu cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qax

Dünən Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüş keçirilmişdir. Görüşdə rayonun İlisu, Ağçay kəndinin sakinləri iştirak etmişlər. Seçicilərlə görüşdə iştirak edən Qax rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri - Əbdürrəhman Aşurov, Soltan Camalov, Babək Heydərov seçicilər qarşısında çıxış edərək vurğuladılar ki, Azərbaycanın son 15 ildə qazandığı və fəxr etdiyi bütün nailiyyətlər İlham Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, Azərbaycan bu gün müstəqil, sürətlə inkişaf edən dünyəvi dövlət olaraq regionda öz liderliyini qoruyub-saxlaya bilir. Prezident İlham Əliyevin fədakarlığının nəticəsidir ki, Azərbaycan xalqı bu gün firavan həyat sürür. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin, ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Müdrik Azərbaycan xalqı daim öz prezidenti ilə birlikdədir və əlbəttə ki, növbəti illərdə də Onunla birlikdə olacaqdır.

Görüşdə seçicilərdən Məryət Xəlilova, Şəfi Rəşidov, Seyfullah Həmidov böyük bir coşqu ilə qeyd etdilər ki, bizim Qax rayonu da digər bölgələr kimi günü-gündən abadlaşır, gözəlləşir, yeni inzibati binalar tikilir, parklar salınır. Bu inkişafın, bu tərəqqinin şahidi olan hər bir qaxlı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir. Xalqın öz prezidentinə olan sevgisi və dəstəyi heç də təsadüf deyil. Çünki vətəndaşlar dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə görülən bütün işlərin nəticələrini öz gündəlik həyatında hiss edirlər. Bu mənada, tam məsuliyyətlə demək olar ki, 11 apreldə keçiriləcək seçkilərin qalibi məlumdur və bu qalib seçkilərdə hamımız tərəfindən dəstəklənəcək Cənab İlham Əliyevdir.

Şabran

Yeni Azrəbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Vələsli, Əmirxanlı, Ağbaş və Çölquşçu kənd seçiciləri ilə görüş keçirib.

Görüşlərdə çıxış edən YAP Şabran rayon şöbəsinin sədri Mehdi Balabəyov Cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə misilsiz xidmətlərindən danışıb.

Rayon şöbəsinin sədri seçiciləri bu tarixi prosesdə fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək, Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsinin üzvüləri Tofiq Əmrahov, Nizaməddin Əliyev və Seymur Qədəşov çıxış edərək, bildiriblər ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib: "Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir".

Çıxış edənlər seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək, YAP-ın namizədinə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə