Şəmkirlilər “İlhamla irəli” deyir

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş şəhər mərkəzində keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatları Sahibə xanım Qafarova, Rövşən Rzayev, Sona xanım Əliyeva, Kamran Bayramov, Fuad Muradov, YAP Şəmkir rayon Seçki Qərərgahının üzvləri və seçicilər iştirak etdilər

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri bildirdi ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti qarşıdakı illərdə əldə olunan bu uğurların davam etməsi istiqamətində yüksək qətiyyətlə səy göstərir. Bunun üçün seçicilər aprelin 11-də seçki məntəqələrinə gedib ölkəmizin gələcək inkişafına-YAP-ın vahid namizədi cənab İlham Əliyevə səs verməlidir.

Milli Məclisin deputatı Sahibə Qafarova çıxışında bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir: «Vətəndaşlarımız müsbət dəyişikliklərin, inkişafın, sabitliyin növbəti 7 ildə də davam etməsi üçün aprelin 11-də seçki məntəqələrinə getməli və sözügedən inkişafın ölkəmizdə bərqərar olmasına şərait yaradan Prezident İlham Əliyevə səs verməlidir».

Çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyev hər zaman regionaların solsial inkişafını öz diqqətində saxlayıb: «Son 15 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, inanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. İnanıram ki, seçicilərimiz bu seçkilərdə yekdillikdə Prezident İlham Əliyevə səs verəcəklər».

Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov isə diqqətə çatdırıb ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir: "Bu, Azərbaycan xalqının mövqeyidir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu

barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir".

Milli Məclisin deputatı Sona Əliyeva bildirib ki, ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: "Bu sosial-siyasi göstərici ölkə

rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur".

Milli Məclisin deputatı Kamran Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın daxili və xarici siyasəti milli maraqlara əsaslanır, ölkəmiz xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyən K.Bayramov əlavə edib ki, şübhəsiz, vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizi parlaq gələcəyə apara biləcək lider məhz cənab İlham Əliyevdir.

Çıxış edən seçicilər də Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə