Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şirvan şəhər şöbəsinin 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisi ilə bağlı “İlhamla İrəli” təşviqat qurupu şəhər sakinləri ilə görüşləri davam etdiriblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhərin 1 sayli tam orta məktəbin ətrafında yaşayan seçiclərlə görüş keçirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev, sədr müavini Paşa Nəbiyev və 1 saylı orta məktəbin direktoru Rəfiqə Rzayeva çıxış edərək İlham Əliyevin prezidentlik dönəmində ölkəmizin hərtərəfli və dinamik inkişafının Şirvan şəhərini də əhatə etdiyini bildiriblər. İnsanların maddi-rifah halı yüksəlib və sabitlik, əmin-amanlıq qorunub saxlanılıb. Ona görə də şirvanlılar İlham Əliyevə səs verməklə sabitliyə, inkişafa, tərəqqiyə səs verəcəklər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə