İmişli rayonunda seçicilərlə görüş davam edir

İmişli rayonunda YAP-nın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat kompaniyası davam edir. Bu gün rayonun Bəhrəmtəpə qəsəbəsi, Qragüvəndikli, Sarxanlı və Boşçallar kəndlərində seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib.

Şura üzvü Həsən Hüseynov, YAP Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin təbliğat qrupunun üzvləri Adəm Səfərov və Teymur Qarayev çıxış ediblər. Kənd ağsaqqalları Cəmil Mirzəyev, Behbud Quliyev, ziyalılar və gənclər kənd camatı adından çıxış edərək YAP–nın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə