11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkisi ilə əlaqədar Laçınlı seçicilərlə Bakı şəhəri Qaradağ rayonunda görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Laçın rayon şöbəsinin sədri İlqar İlyasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan geniş bəhs edib.
Azərbaycanın iqtisadi uğurları günbəgün artır və iqtisadi uğurların qazanılması ilə ölkəmizin ictimai-siyasi sabitliyi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz işlər görülür. Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan irimiqyaslı layihələr haqqında məlumat verdi. Həmçinin bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində dövlətimizin inkişafı, təhlükəsizliyinin təmin olunması naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səslədi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə nitqində bildirdi ki, cənab Prezidentin gördüyü işlər bütün ölkəmizin inkişafına və xalqımızın tərəqqisinə xidmət edib. Xüsusilə ölkəmizə hər il qoyulan irihəcmli sərmayələr də bu inkişaf göstəricilərinin, ictimai-siyasi sabitliyin nəticəsidir. Bu baxımdan cənab İlham Əliyevin iqtisadi islahatları gələcəyə istiqamətlənmiş, uzaqgörən və müdrik siyasi xəttin mühüm tərkib hissəsidir. Bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı. Görüşdə çıxış edən bir qrup rayon ziyalıları və ağsaqqaları- Murad Hüseynov, Güllü İbadova, İbrahim Məmmədov, Vaqif İsmayılov, Tahir Bayramov digərləri Prezident seçkilərində fəal iştirak edəcəklərini və dövlət başçısı, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə dəstək göstərəcəklərini söylədilər. Çıxış edənlər bütün seçiciləri bir daha Prezident seçkilərində yüksək fəallıq göstərməyə və dövlət başçısı cənab İlham Əliyevə səs verməyə çağırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB