11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonununda davam etdirilir. Növbəti mitinq-görüşlər 29 mart 2018-ci il tarixdə rayonun Qaynaq kəndində 500 nəfər, Evoğlu kəndində 710 nəfər seçicilərin iştirakı ilə keçirilib.
Təbliğat-təşviqat kompaniyası çərçivəsində Evoğlu kəndində keçirilən tədbiri YAP rayon təşkilatı YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Qaynaq kəndində keçirilən tədbiri isə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov giriş sözü ilə açıblar.
Görüşlərdə qeyd olunub ki, son 15 ildə Azərbaycanda bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının təmin olunması da daim diqqət mərkəzində saxlanılıb. Ötən müddət ərzində ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsinin formalaşmasına gətirib çıxarıb.
Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhudiyyəti aradan qaldırılmış, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılmış, dayanıqlı inkişafın qida təhlükəsizlyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilir.
“Asan Xidmət”in, Elektron hökümətin, Dövlət İmtahan Mərkəzinin yaradılması, idarəçiliyin təkmilləşdirilməsi, müxtəlif dövlət qurumlarının birləşdirilərək idarəetmənin optimallaşdırılmasına və effektivliyinin artırılmasına səbəb olub.
Prezident İlham Əliyevin daxili siyasətinin uğurla həyata keçirilməsi nəticəsində vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib.
Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirlərdə Evoğlu kənd sakinlərindən, Teyyub Əliyev, Könül Zeynalova, Elcan Nadirli, təbliğat-təşviqat qrupunun üzvü Fitat Əliyeva, Qaynaq kənd sakinləri, kənd ağsaqqalı Süleyman Quliyev, Vusalə İsmayılova, Sədi Bayramov və təbliğat-təşviqat qrupunun üzvü Yaşar Məhərrəmov çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildiriblər.
Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə