Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabir qəsəbəsi və Çıraqlı kəndində keçirilən tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, YAP Mərkəzi seçki qərargahının üzvləri - Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış ediblər.
Görüşlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli, sürətli inkişaf tempi əldə edib. Ölkə daxilində bütün sahəlr üzrə əhalinin sosialrifahı namin halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb. Ölkənin xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə zəmin yaradır. Bildirilib ki, son 15 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, 600-dən çox tibb ocağı tikilib istifadəyə verilib, eləcə də yeni-yeni müəssisələr yaradılıb. Bu dövrdə ölkədə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə endirilib, əhalinin sosial müdafiəsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bütün bunlar ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən Umummilli lider Heydər Əliyevin ideyalarının ardıcıl və qətuyyətli şəkildə həyata keçirilməsi sayəsində mümkün olub.
Tədbirlərdə Sabir qəsəbə sakinləri Ramiz Məmmədov, Xanəhməd Ağaməmmədov və Yaqut Məmədova çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən bir mənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçicilərin 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB