Uğurlu gələcəyin tək qarantı - İlham Əliyev!!!

Ucar rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi martın 29-də rayonun Alpout kəndində mitinq keçirib. Mintinqdə Alpout kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak etdilər.

Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verərək bildirdi ki, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Bu illərdə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Şəhla Abdullayeva bunları nəzərə alaraq aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvüləri Alı Babayev, Fuad İsrafılov, Yaqut Zeynalova və Rahib Rəsulov çıxış edərək hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Seçicilər adından Mövsümov Mirhəşim və Şükürov Müşviq çıxış edərək seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə