YAP Xətai rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Xətai rayon təşkilatı «İlhamla irəli» şüarı altında aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov 11 aprel prezident seçkilərinin ölkəmizin həyatında əhəmiyyətindən geniş bəhs edərək bildirdi ki, xalqın ölkə Prezidentinə inam və etimadı, sevgisi böyükdür. Bu sevgini səsvermə prosesində fəal iştirakları, dəstəkləri ilə bir daha təsdiqləyəcəklər.

YAP Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov, seçicilərdən Səkinə Tağıyeva, Aygın İsgəndərova, Sərfinaz Rzayeva, Nailə Rəsulova, Yeganə Sadıqova, Səlahət Musayeva və Nabat Rəfiyeva çıxış edərək, son 14 ildə Azərbaycanın uğurlarına söykənərək bir daha bildirdilər ki, davamlı inkişafı, sabitliyi, təhlükəsizliyi təmin etmək, ən əsası müstəqilliyimizi qorumaq, daimi və əbədi etmək üçün Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə