Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Salyan rayon şöbəsi “İlhamla İrəli” şüarı ilə zirvə təbliğat-təşviqat kampaniyası keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Salyan rayonunda təşkil edilən zirvə görüşündə geniş konsert mitiniqi təşkil edilib.
Təşkil olunan təşviqat konsert mitinqinə respublikanın tanınmış musiqiçiləri qatılıblar. Təşviqat qurupunun konsert mitinqində millət vəkilləri Rüstəm Xəlilov, Əliağa Hüseynov, Fəzail Ağamalı, Metoroloğiya İnistitutunun baş drektoru Saleh Səmədov, ATXM sədri İlham İsmayılov iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, salyanlıların seçimi yalnız İlham Əliyevdir. Millət vəkilləri və qonaqlar zirvə görüşündə çıxış edərək YAP-ın prezidentliyə namizədi İlham Əliyevin fəaliyyətindən ətraflı bəhs edərək seçiciləri yenidən İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş tanınmış müsiqiçilərin maraqlı ifaları ilə davam edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB