Şabran və Xızı seçiciləri "İlhamla irəli" deyir!

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Ağbaş və Çölquşçu kənd camatı ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşlərdə Ağbaş kəndində 100 nəfər, Çölquşçu kəndində 90 nəfər iştirak edib. Təbliğat qrupunun üzvləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının Şura üzvüləri Tofiq Əmrahov və Seymur Qədəşov iştirak edib.

Xızı

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xızı rayon şöbəsi də aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Fındığan kəndində seçicilərlə növbəti görüş keçirib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədr müavini, təbliğat – təşviqat qrupunun üzvü Bəhdaş Nəbiyev və təbliğat – təşviqat qrupunun üzvü Bəsti Haqverdiyeva iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə