Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi 11 aprel tarixində prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yuxarı Kalunxur və Yuxarı Zeyxur kəndlərində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin sədri David İbramxəlilov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib və gələcəyə doğru inamla addımlayır. Rayon şöbəsinin sədri əlavə edib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli inkişafı təmin edib. "Bu gün Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevi xalqımızın alternativsiz lideri kimi dəyərləndirdiyini" deyən D.İbramxəlilov əldə edilən uğurların davamlı olması üçün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Qusar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Nadirşah Şirinov və Kamil Sultanov ölkəmizdə müşahidə olunan sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Qusar seçicilərini 11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.
Seçicilər adından çıxış edən Meyvəddin Babayev, Ziyaddin Şirinov, Şair Bədirxanov və Yafəz Şirinov seçki günü hamı, birmənalı olaraq, Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB