Qubalılar işıqlı gələcəyimizə səs verəcəklər!

YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir.

Keçirilən görüşlərin davamı olaraq, dünən rayonun Hacıhüseynli inzibati-ərazi dairəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Ölkəmizdəki mövcud sabitliyin xalq-iqtidar birliyinin, həmrəyliyin ifadəçisi olduğunu diqqətə çatdıran rayon təşkilatı sədri Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni dövrün olduğunu, yeni mənzərənin meydana çıxdığını bildirib. Azərbaycanı beynəlxalq arenada tanıtdıran, inkişafın Azərbaycan modelini dünyaya bəyan edən Cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməyə hər kəsi çağıraraq, işıqlı gələcəyə səs verməyə dəvət etdi.

Görüşdə rayon təşkilatının təbliğat qrupunun üzvləri, Həsən Günəşli, Hüseynağa Baxışov, Əhməd Baloğlanov, Qılman Qubatov çıxış edərək, qeyd etdilər ki, iqtisadiyyatda müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək, həmçinin, sosial sahədə və digər sahələrdə uğurları daha da inkişaf etdirmək məqsədi ilə qubalıları Yeni Azərbaycan Partiyasının namizədinin ətrafında sıx birləşməyə və Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə