Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bəyan etdilər
Bu gün - 28 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi bir qrup fəal seçici xanımlarla görüş keçirmişdir. Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirdi ki, daşkəsənli qadınlar keçirilən bütün seçkilərdə hər zaman yüksək fəallıq göstərərək YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləmiş, partiyanın onlara göstərdiyi etimadı doğrultmuşlar. Rayon ərazisində fəaliyyət göstərən 42 seçki məntəqəsindən 9-da MnSK-nın sədri qadınlardır. Daşkəsənli qadınlar rayonun ictimai-siyasi həyatında daim nümunə olmuş, iqtidara daha yaxın, daha sədaqətli olduqlarını dəfələrlə sübut etmişlər. Bütün bu qeyd olunanlar özünü bir daha qadın sədr olan məntəqələrdə təsdiq edir.
Görüşdə çıxış edən Qızbəs Abbasova, Rəna Aslanova, Mehriban Rüstəmova, Səidə Məmmədova və digərləri daşkəsənli qadınlar adından bir daha bildirdilər ki, biz Azərbaycanımızı uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan, gələcək xoş günlərimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəyik. Bu, bizim hər birimizin ürəyimizin hökmü, qəlbimizin istəyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB