Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Bucaq və Calud kəndlərində seçicilərlə görüş keçirib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov görüşdə çıxış edərək bildirib ki, oğuzluların mütləq çoxluğu YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı Cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən demək olar ki, YAP-ın namizədi Cənab İlham Əliyev alternativsiz namizəddir. Rayon şöbəsinin sədri oğuzluları prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin üzvləri Emin Əzimli, Abid Məmmədov, Yaqub Abbasov və başqaları YAP-ın namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən abadlıq-quruculuq işlərindən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Qeyd olunub ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır.

Çıxış edən kənd seçiciləri Lətif Abbasov, Vladim Həsənov, Sultanəli Xıdırov və Sahilə Ağayeva bildiriblər ki, artıq öz seçimlərini ediblər. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görə də hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəcəklər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə