Seçicilər “İlhamla irəli” deyir!

Zərdab

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayonun Pərvanlı kəndində keçirilib.

Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılıb. Pərvin Mahmudova cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işlərə və qazanılan uğurlara diqqət yetirərək qüdrətli və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirib. Pərvin Mahmudova qeyd edib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və qərargahımızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Gülağa İsgəndərov, Cəvahir İsmayılova, Ziyad Xancanov, Nailə Əliyeva, Telman İsmayılov, Rüxsarə Eminova çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış nailiyyətlər barədə öz fikirlərini bölüşdülər və seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasinın vahid namizədi İlham Əliyevə səs verməyə səslədilər.

Görüşdə seçicilər adından çıxış edən kənd sakinləri Məhəmməd Mikayılov, Xeyrulla Abdullayev, Eyvaz Eyvazov, İlhamə Cavadova, Fazil Hüseynov, Züleyxa Teymurova cənab İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd etmiş, Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi İlham Əliyevin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla ona səs verəcəklərini bildirmişlər.

Goranboy

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam etdirilir. Rayonun Səfikürd ,Tatarlı və Borsunlu kəndlərində keçirilən təbliğat kampaniyasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar yaradılmış təbliğat qrupunun üzvləri və Milli Məclisin deputatı İlham Məmmədov iştirak etdi.

Tədbiri YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq bildirdi ki, aprelin 11-də təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ölkəmizdə çox əlamətdar ictimai-siyasi hadisədir. Elçin İsmayılov Prezident İlham Əliyevin on beş il ərzində respublikada apardığı sosial –iqtisadi inkişafdan danışaraq, seçiciləri fəal olmağa və seçki günü məntəqələrə gələrək, İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Tədbirdə Səfikürd kənd sakinləri - əməkdar müəllim İskəndər Səklikov, kənd ağsaqqalı Novruz Sadıqov, Mehdi Cabbarov, kənd axundu Elnur Cəfərov çıxış edərək 11 aprel 2018-ci il Prezident seçkilərində seçki məntəqələrinə gələrək yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Daha sonra tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov Respublikanın sürətli inkişafından seçicilərə məlumat verərək, bütün bunların Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı olaraq qiymətləndirib və bu siyasətin davamına səs verməyə çağırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə