YAP-ın Nəsimi rayon təşkilatı “İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının gəncləri 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının prezidentinin seçkilərinə həsr edilmiş “İLHAMLA İRƏLİ” açıq hava mitinqi keçiriblər.

Tədbirdə 1500-dən çox gənc iştirak edib. Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə İLHAMLA İRƏLİ səslənərək, 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.

Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər öz liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı, açıq havada İLHAMLA İRƏLİ flaşmobunu hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə