Biləsuvarlılar cənab İlham Əliyevin namizədliyini dəstəkləyir!

11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının təbliğat qrupu Biləsuvar rayonu Nəsimi kəndində seçicilərlə görüş keçirib. Görüşdə YAP Biləsuvar rayon təşkilatı təbliğat qrupunun üzvü Əjdər Niftiyev Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi məsələlərdən ətraflı danışaraq qeyd edib ki, 15 ilə yaxın bir müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sferalarda dinamik inkişafa nail olunub. “Azərbaycan əhalisinin yaşayış səviyyəsi günü-gündən yüksəlib”-deyə vurğulayan natiq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə təbliğat qrupunun üzvü Nadir Əliyev ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlardan söz açaraq bildirib ki, məhz bu kimi uğurlu siyasət nəticəsində xalqımızın daha firavan gələcəyi təmin olunub, bundan sonra da olunacaq.

Seçicilərdən Qələmxan Novruzov, Xudayar Kərimov, Şakir Ağayev və başqaları çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində biləsuvarlılar məhz ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə