...Latviyada Təhsil Qanununa edilən dəyişikliklər 1 iyun tarixindən etibarən qüvvəyə minib və məktəblərdə mobil telefon istifadəsinə qoyulan qadağanı genişləndirəcək. Məhdudiyyətlər artıq 1-ci sinifdən 9-cu sinifə qədər olan şagirdlərə şamil ediləcək, müəllim sinifdə cihazlardan istifadəyə icazə verdiyi hallar istisna olmaqla.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Delfi xəbər verir.
Lakin, qanunun faktiki tətbiqi tədris ili bitdikdən sonra - üç aydan sonra, şagirdlər hazırda yay tətilində olduqları üçün başlayacaq.
Əvvəllər Latviya məktəblərində mobil telefon istifadəsinə qoyulan qadağa yalnız 6-cı sinfə qədər olan şagirdlərə şamil edilirdi.
İndi isə onun bütün ibtidai məktəblərə tətbiq edilməsi qərara alınıb. Təşəbbüsün təşviqinə nəzarət edən Parlamentin Təhsil, Mədəniyyət və Elm Komitəsinin sədri Aqita Zarina-Sture bildirib ki, dəyişikliklər təhsil mühitində smartfon istifadəsinin məhdudlaşdırılması üçün vahid yanaşma yaratmalıdır.
...Tədqiqatlar göstərir ki, hətta söndürüldükdə belə, şəxsi mobil telefona sahib olmaq insanın idrak qabiliyyətlərinə mənfi təsir göstərə və həmçinin rəqəmsal emosional istismar riskini artıra bilər.
Bunu deyən Aqita Zarina-Sture əlavə edib ki, islahatın məqsədi uşaqların təhsillərinə daha yaxşı diqqət yetirmələrinə və dərslər zamanı diqqət yayındırıcı amillərin təsirini azaltmağa kömək etməkdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB