Azərbaycanlı şagirdlərin 2 min poçt kartı raketlə kosmosa göndəriləcək

“AZCON Holding” şirkətlərindən olan “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, ABŞ-nin “Blue Origin” şirkəti, “Club for Future” təşkilatı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “Azərpoçt” MMC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Kosmik Poçt Kart Müsabiqəsi” layihəsinə start verilib.

SİA “Azərkosmos”a istinadla xəbər verir ki, layihədə ölkə üzrə 2 min məktəbdən 200 minədək şagirdin iştirakı nəzərdə tutulur. Müsabiqənin sonunda seçilmiş 2 min ədəd poçt kartı raket missiyası ilə kosmosa göndəriləcək. Geri qayıtdıqdan sonra “Kosmosa uçmuşdur” təsdiq möhürü ilə iştirakçılara təqdim ediləcək.

Qeyd edək ki, “Kosmosa poçt kartları” (Postcards to Space) “Blue Origin” şirkəti tərəfindən təsis edilmiş “Club for the Future” təşkilatı tərəfindən həyata keçirilən beynəlxalq təhsil təşəbbüsüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə