“Məktəb rəhbərliyi üzrə vakant yerlərin sentyabra qədər tam doldurulması hədəflənir” - Eşqi Bağırov
Direktor və direktor müavinlərinin seçimi prosesində yalnız müraciət və şikayətlərin deyil, həm də namizədlərin öz ixtisasları üzrə yüksək nəticələrinin əsas meyar kimi nəzərə alındığı bildirilib.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu yanaşma idarəetmədə keyfiyyətin artırılmasına xidmət edir və seçim prosesində əsas göstəricilərdən biridir.
Eşqi Bağırov qeyd edib ki, may ayının ikinci yarısından etibarən direktor müavini vəzifəsi vakant olan məktəblər üzrə elanların verilməsi planlaşdırılır və bu elanlar ictimaiyyətə təqdim olunacaq.
Agentlik rəhbəri vurğulayıb ki, əsas hədəf yeni tədris ilinə qədər ölkə üzrə bütün vakant direktor vəzifələrinin doldurulmasıdır: “Məqsəd heç bir məktəbdə direktor vəzifəsinin boş qalmamasıdır”.
Onun sözlərinə görə, proses qarşıdakı iki ay ərzində, xüsusilə yay dövründə intensiv şəkildə davam etdiriləcək və sentyabr ayına qədər vakant yerlərin tam şəkildə tamamlanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB