“Birinci sinfə qəbul elektron qaydada və müsabiqəsiz həyata keçiriləcək” - Eşqi Bağırov
Şagirdlərin elektron qaydada qeydiyyatının müəyyən olunmuş tarixlər üzrə aparılacağı bildirilib.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, qeydiyyat prosesi 1 may tarixindən başlayacaq, 6 maydan etibarən isə valideynlər məktəb və müəllim seçiminə başlaya biləcəklər.
Eşqi Bağırov vurğulayıb ki, bəzi media orqanlarında səslənən birinci sinfə qəbulun müsabiqə əsasında aparılması ilə bağlı fikirlər doğru deyil: “Təxminən 90 minə yaxın məktəbə hazırlıq qrupunda təhsil alan uşaq birbaşa və heç bir müsabiqə olmadan birinci sinfə qəbul olunur”.
Agentlik rəhbəri bildirib ki, müsabiqə yalnız müəyyən kateqoriyalara, əsasən məktəb və ya sinif dəyişmək istəyən şagirdlərə şamil edilir.
Onun sözlərinə görə, müsabiqələrin təşkili və qiymətləndirmə meyarları ilə bağlı qaydalar artıq təsdiqlənib və ictimaiyyət üçün əlçatandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB